COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşına əlavənin müddəti uzadıldı

COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

 Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddətimüddət aprelin 1-dək uzadılıb.