Güclü külək paytaxtda ağacları aşırdı

Paytaxtda ötən gün axşam saatlarından davam edən güclü külək nəticəsində fevralın 4-ü saat 12.00-a şəhər üzrə 37 ağac aşıb. 23 ağacın budaqları qırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən  verilən məlumata görə, dünəndən etibarən gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən operativ tədbirlər görülür.