"Bakı Metropoliteni": Qatarların hərəkət intervalı qısa müddətdə bərpa olunacaq
Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb, əvəzinə ehtiyat qatar xəttə buraxılıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur.
İntervallar qısa müddətdə bərpa olunacaq.

