Xalq yazıçısının maraqlı hekayəsi təqdim olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Xalq yazıçısı Natiq Rəsulzadənin “Pəncərə“ hekayəsi təqdim olundu.

Yazıçının bu hekayəsi bir rəssamın həyatından bəhs edir. Əsərin qəhrəmanı tanınmamış aztəminatlı rəssam Mirağa yalqız, onu-bunu təlxək kimi güldürməklə yaşayır. Ahıl yaşadək sənət və ailə baxımından heç bir uğur qazanmadan yaşayan rəssamın əsərlərini dəyərləndirib alan bir italiyalı turist tapılır.  O vaxt Mirağa qızı, hətta nəvəsi yaşda olan Ceyran adlı qıza aşiq olur.  Mirağa xəyallar quraraq otağındakı dəniz mənzərəli çəkdiyi pəncərəyə baxıb böyük hisslər yaşadı. Bir gün dəniz mənzərəli pəncərə açıldı... Müəllifin fikrincə insan həyatı çox mürəkkəb və sirlidir. Hər kəs “ağ köynək”də doğulmayıb.

    Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırımın oxuculara oxumağı tövsiyə etdiyi hekayə aşağıdakı keçiddə verilib: