Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Yerveinsan.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

 Bildirilir ki, martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.