AQTA sədri Qusarda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 20-si saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq aprelin 19-dək görüş üçün yazıla bilərlər.

Həmin gün agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.