Azad edilmiş ərazilərdə bügünədək aşkarlanan minaların sayı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (30.03.2026 – 05.04.2026) məlumat açıqlanıb.
Yerveinsan.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.
Məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 83 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 2254 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2278,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

