Kitablar səltənətinin incisi: “Pərvanə” romanı - VİDEO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında  Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə, Xalq yazıçısı Mirzə İbrahimovun “Pərvanə” romanı təqdim olunur.

Azərbaycan ədəbiyyatına ilk gəlişi şeirlərlə olan Mirzə İbrahimov qələmi yerə qoymadan,  tənqidi, publisist məqalə, hekayə və oçerklərlə özünü təsdiq etmişdir. Yazıçı, dramaturq, akademik, onlarca mükafatlar laureatı, ədəbiyyat və incəsənət sahələrində bir çox məsul vəzifələrdə çalışmış Mirzə İbrahimov sadə, təvazökar, Azərbaycan üçün fədakarcasına döyüşən qələm sahibi olmuşdur. “Məhəbbət”, “Həyat”, “Madrid”, “Kəndçi qızı” pyesləri ilə yanaşı “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” kimi povest və “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” kimi oxucuların rəğbətini qazanmış romanların müəllifi olan Mirzə İbrahimov bir çox məşhur dünya yazıçılarının pyeslərini də Azərbaycan dilinə tərcümə etmişdir. Hər tərəfli geniş fəaliyyətlə məşğul olan Mirzə İbrahimovun başçılığı ilə sülh uğrunda mübarizə məqsədilə bir çox xarici dövlətlərdə, məsələn Əfqanıstan və Vyetnamda sülhə çağırış tədbirləri keçirmiş, çıxışlar etmişdir. Tarixdə iz qoyan yazıçımız, həm də ictimai xadim və bir çox titullar sahibi olmuşdur. 

Kiçik bir hissəsi təqdim olunan “Pərvanə” romanında keçən əsrin əvvəllərindən xalqın ağır və iztirablı həyatı, savadsızlığın və mövhumatçılığın baş alıb getdiyi dönəmlərdə məktəblərin açılmasına qarşı olan qüvvələrin maneçiliyindən, inqilabi ruhlu gənclərin sürgün olunmasından və bəylərin verilən işgəncələrindən söhbət açılır.

Oxuculara çox böyük mənalar kəsb edən bu və başqa əsərləri də daxil olmaqla Mirzə Əjdər oğlu İbrahimov yaradıcılığı ilə daha yaxından tanış olmaq tövsiyə olunur.

Yazıçı Şahzadə İldırım əsərdən bir parça səsləndirərək izləyicilərə təqdim edir: