Bakının mərkəzində güclü yanğın olub
Bakının mərkəzində güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Yasamal rayonu, Vidadi küçəsində ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş verib.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

