Nərimanovda ağaclar kütləvi şəkildə məhv edilib
Bakı şəhərinin Nərimanov rayonu, Faiq Yusifov küçəsində ağaclar kütləvi şəkildə məhv edilir. Yerveinsan.az bildirir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.
Şikayətdə bildirilir ki, sözügedən ərazidə səkidə yerləşən ağaclar kəsilib, budaqları və yonqar qalıqları isə əraziyə səpələnib.
Redaksiyamızı məlumatlandıran sakin deyib ki, ağacların hansı səbəbdən və kim tərəfindən kəsildiyi məlum deyil:
"Ağacların kəsilməsi üçün müvafiq icra orqanının icazəsi tələb edilir. Qanunun pozulması inzibati cərimələrə və dəymiş ziyanın ödənilməsi öhdəliyinə səbəb olur. Ağır hallarda isə cinayət məsuliyyəti nəzərdə tutulur. Təhlükə yaradan ağacların kəsilməsi üçün xüsusi razılıq alınmalıdır".

