“Mustafa Kamal Atatürk – 145” adlı videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində “Mustafa Kamal Atatürk – 145” adlı videoçarx hazırlandı. Videoçarx XX əsrin ən görkəmli şəxsiyyətlərindən biri, Türkiyə dövlət, hərbi və siyasi xadimi Türkiyə Cümhuriyyətinin qurucusu, ilk və dörd dəfə seçilən prezidenti Mustafa Kamal Atatürkün 145 illiyinə həsr olunub.
Videoçarx Atatürkün çıxışından bir parça ilə başlayır. Sonra isə M.K.Atatürkün həyatı, ictimai fəaliyyəti haqqında məlumatlar verilir, maraqlı fotolar nümayiş olunur. Bildirilir ki, Atatürk böyük islahatlar apararaq ölkənin sürətli inkişafına nail oldu. Bu gün də Türkiyə onun adına hörmət və ehtiramla yanaşır, onun ideyalarını həyata keçirir.
Videoçarxda Mərkəzi Kitabxananın Fəxri oxucusu, xanəndə Maya Cəbrayılova “Çanaqqala müzəffər” mahnısından bir parça nümayiş olunur.
Videoçarx kitabxananın YouTube kanalında təqdim olunur:

