Nazirlik: Distant təhsil üzrə xarici diplomların tanınması mümkün deyil

Azərbaycan qanunvericiliyinə əsasən, distant təhsilalma forması (tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır-red) üzrə xaricdə təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda o da bildirilib ki, doktorantura pilləsi üzrə xaricdə alınan ixtisasın nostrifikasiyası üçün Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət olunmalıdır.

 
“Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır”, - Nazirliyin məlumatında qeyd olunub.