ANAMA: Ötən həftə 2333,3 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 29-dan iyulun 5-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

Məlumata əsasən, ötən həftə aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 23, tank əleyhinə 21 mina və 259 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 2333,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.