Paytaxtda M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir

İyulun 16-dan etibarən M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkət sxemi dəyişdirilərək Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi – Ağa Nemətulla küçəsi – Heydər Əliyev prospektinin kənar yolu – Mirzə Qədim İrəvani küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin kənar yolu ilə təşkil olunacaq. Daha sonra isə yoluna mövcud hərəkət sxemi ilə davam edəcək.