Aydın Kərimov jurnalistləri təbrik etdi:  Sözləri ağır, qələmləri yüngül olsun

Milli Mətbuatımız özünün enişi, yoxuşu ilə düz 150 ildir mövcuddur. Mətbuat dilin ifadəçisi, qoruyucusu kimi xalqımızın həyatında əvəzsiz rolu ilə bərabər uzun illər beyin yuma, represiya vasitəsi kimi də istifadə olunmuşdur. Düşünən, danışan, anlayan və ya anlamağa çalışan toplumda mətbuat informasiya vasitəsinə çevrilməli, cəmiyyəti vahid dəyərlər ətrafında təşkil etməlidir. Sosial şəbəkələrin genişləndiyi, informasiya kanallarının artdığı, texniki tərəqqi dövründə klassik mətbuatın əvvəlki dəyəri, rolu aradan çıxır. Bununla belə əsil jurnalistikanın yeri güclənir, o dördüncü hakimiyyətə çevrilir. Bu sahədə ləyaqətlə, şərəflə çalışan bütün jurnalistlərimizi Milli Mətbuat günü münasibəti ilə təbrik edirəm. Sözləri ağır, qələmləri yüngül olsun.

Aydın Kərimov