küləkli havanın bu gün günorta saatlarından etibarən mülayimləşəcəyi gözlənilir

Ölkə ərazisində müşahidə olunan küləkli havanın bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

 Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 10:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli hava davam edir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.