Ali məktəblərə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır. 

İxtisas seçimi saat 23:59-dək davam edəcək. 

Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər. 

 
Elektron ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.