Bərdədə “Qırmızı kitab”a düşən ağac təhlükə mənbəyinə çevrilib - VİDEO

Bərdə rayonunun Koroğlu küçəsindəki bu ağac Tofiq Əliyevin həyətində yerləşir. Ev sahibi deyir ki, İri gövdəli şərq çinarı ağacı təhlükə mənbəyinə çevrilib

Rayon sakininin sözlərinə görə ,hər dəfə güclü külək olanda ağac aşma riski daha da artır.

Sakinlər deyir ki, ağacı dörbir yanında evlər var iri gövdəli ağacın istənilən istiqamətdə aşması ciddi fəsadlar törədə bilər.

Sakinlər deyir ki ağac çürüməkdədir. üstəli bu ağac bir dəfə də yanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Agcabədi rayon regional ekologiya idarəsindən bildiriblər ki, ərazidə yerləşən ağac qırmızı kitaba düşüb. Həmin vətəndaşlar yenidən regional idarəyə müraciət etməlidirlər. Monitorinq qrupu tərəfindən rəy verildikdən sonra son qərar veriləcək.