Avqustun 9-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 9 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, avqustun 9-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9032 manat təşkil edir.

1 türk lirəsi 0.3104 manat, 1 rus rublu 0.0261 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0.5787 manatdır.