Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə paytaxtın Sabunçu rayonunun Zabrat-Kürdəxanı şosesinin sağ tərəfində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı “Zeytunluq” adlanan ərazinin park və istirahət mərkəzinin salınması məqsədilə hasara alındığı və abadlıq işlərinin aparıldığı məlum olub.

Həmin ərazidə ağac kəsintisi faktı aşkarlanmayıb.