Azərbaycan boksçusunun dünya çempionatında ilk rəqibi dəqiqləşib

Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib. 

81 kq çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək. 

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. 

 
Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq.