Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibin xeyriyyə fonduna 100 min dollar köçürüb

MMA üzrə yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov son döyüşdə məğlub etdiyi Dastin Poryenin xeyriyyə fonduna 100 min dollar köçürüb.

Rusiyalı idmançının bu addımı atmasını ABŞ döyüşçüsünün özü açıqlayıb.

D.Porye bildirib ki, H.Nurməhəmmədov bu məbləği “Good Fight Foundation”un hesabına köçürüb. Bu fond Uqandada içməli su quyusunun tikintisi ilə məşğuldur.

 
Qeyd edək ki, H.Nurməhəmmədov sentyabrın 7-də BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən UFC-242-də D.Poryeni 3-cü raundda məğlub edib.