BMT-də “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan olunması haqqında sənəd qəbul edilib

BMT Baş Assambleyası konsensus əsasında Türkmənistan Prezidentinin təşəbbüsü ilə “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan edilməsi haqqında sənədi qəbul edib.

Sənəd Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 73-cü sessiyasının 106-cı plenar iclasında bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunub.

İrəli sürülən bu təşəbbüs sülhün qorunması və müxtəlif dövlətlər arasında qarşılıqlı etimad mədəniyyətinin artırılması üçün xüsusi əhəmiyyət kəsb edir.

İlahə Əhmədova