"Formula-1" üzrə Azərbaycan Qran-prisinin biletləri bu ay satışa çıxarılacaq

2020-ci ildə keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin bilet satışının başlayacağı tarix müəyyənləşib.

Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai açıqlayıb.

O bildirib ki, satışa bu ay start veriləcək. Gələn il keçiriləcək yarışı izləmək istəyənlər ayın sonundan bilet əldə edə bilərlər.

 
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Qran-prisi iyunun 5-7-də keçiriləcək.