"Sənin ayaqların haradadır?" - Qvardiola
 
                        "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 8-ci turunda "Vulverhempton"la matçın (0:2) gedişatında komandanın kapitanı David Silva ilə münaqişəyə girib.
O, oyun zamanı 33 yaşlı müdafiəçini yanına çağırıb və onun sürətinə görə tənqid edib.
"David, sən az qaçırsan. Sənin ayaqların haradadır?" - deyə Qvardiola Silvaya bildirib.
 
			
					 
                                 
                                 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                     
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                

 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    