UEFA irqçiliyə görə intizam işi açdı

UEFA Bolqarıstan Futbol İttifaqına qarşı intizam işi açıb.

 Bolqarıstan millisinin Avro-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduqları görüşdə (0:6) yerli azarkeşlərin irqçi davranışları bu cəzaya səbəb olub.

 
Bundan başqa, azarkeşlər görüşdə meydana kənar əşyalar atıblar. Bolqarıstanın epizodları stadiondakı böyük ekranda təkrar nümayiş etdirməsi UEFA tərəfindən qınanıb. 

Qeyd edək ki, Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylovbu gün istefa verib.