"ŞƏHİD QARDAŞIM"
Əliyeva Günel Vaqif qızı 1988- ci ildə iyun ayının 11- də Beyləqan rayonu Gödəklər kəndində anadan olmuşdur. 1994- cü ildə R.Əliyev adına Gödəklər kənd tam orta məktəbin 1-ci sinifinə gedib.7 ci sinifdən təhsilini rayon mərkəzində davam etdirmişdir. 2005- ci ildə isə Akademik M .Mehdizadə adına Beyləqan şəhər 3saylı tam orta məktəbi bitirib. Həmin ili Azərbaycan Müəllimlər institutuna qəbul olub. 2007- ci ildən 2010 cu ilə qədər Beyləqan rayonu Uşaq Yaradıcılıq Mərkəzində Dərnək rəhbəri kimi fəaliyyət göstərib .2010-cü ildən Gödəklər kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi kimi fəaliyyət göstərir. 2014-cü ildə Gödəklər kənd bələdiyyəsinə ümumxalq səsverməsi yolu ilə üzv seçilib. Hazırda bələdiyyənin üzvüdür. Ailəlidir , iki övladı var.
"ŞƏHİD QARDAŞIM"
On səkkiz yaşına üç ayı qalmış.
Xidmətə getməyi ağlına salmış.
Səngərdə silahı əlinə almış.
Sipər etmiş canın şəhid qardaşım!
Vətənin, millətin dərdinə düşdün.
Ağdamın Güllücə kəndinə düşdün.
Torpağı almağın eşqinə düşdün.
Vətəndi dərmanın şəhid qardaşım!
***
Cəbhə bölgəsini bilərək seçdin
Qanlı döyüş yolun şərəflə keçdin
Əlində silahla düşməni biçdin.
Aldın yoldaş qanın şəhid qardaşım!
***
İgidlik göstərib daim mərd oldun.
Xalqa qənim çıxan kəsə sərt oldun.
Yoxluğunla bizə yaman dərd oldun!
Yaşayır ad-sanın şəhid qardaşım!
***
Gödəklər kəndinin şəhid balası.
El- oban hər zaman yada salası.
Elə bir oğulsan yadda qalası
Fəxrisən atanın şəhid qardaşım!
***
İgid əmim oğlu ƏLİYEV RÖVŞƏN
Düşmənlərə qarşı mərdcə döyüşən.
Vətənçün can verib cənnətə düşən.
Behiştdir məkanın şəhid qardaşım!
"Pay ver sən mənə"
Allahım illərlə səsləndim sənə.
Nə olar bir dəfə,hay ver sən mənə!
Silib xatirəmdən acı günləri.
Təkcə xoş günlərdən pay ver sən mənə!
Almaram dünyanın varın-dövlətin.
Şan-şöhrət içində vay versən mənə!
Mən ağlar qalmayım, yaşayım kasıb.
Halal çörəyimi şay ver sən mənə!
Həyatda taleyim gülsə üzümə.
Üstümdə günəşlə, ay ver sən mənə!
Yandıran ocağın atma közünə,
Sərt qışında isti yay ver sən mənə!
Çoxlu yaşamağı , mən istəmərəm.
Yaşatdığın canı zay versən mənə!
Xəstə də olmağı mən istəmərəm.
Ömrümün günlərin, say ver sən mənə!
Qoyma nadan kəsi çıxsın qarşıma!
Önümə çıxanı tay ver sən mənə.
Bir ömür yaşayım xoşbəxt firavan.
Bir gözəl həyatı pay ver sən mənə!!.
Gözəldi
Başımı qaldırıb göyə baxanda
Guruldayıb yerə şimşək çaxanda.
Yan-yana düzülüb bulud axanda.
Onların axışı tən də gözəldi.
Tüstü kimi yerə yayılan duman.
İrəli getməyə verməz heç aman.
Otların üstünə şeh düşən zaman.
Çiskinli dumanda çəndə gözəldi.
İlahidən gözəl rəsmi çəkilmiş.
Sahələr boyunca zəmi əkilmiş.
Baxdıqca bu gözüm dənə dikilmiş
Yetişmiş sünbüldə dən də gözəldi.
Ağ örpək başında ,çölün düzündə.
Bir gözəl mələksən qəmzə üzündə.
Gülüşün yanaqda ,sürmə gözündə
Güləndə gözlərin səndə gözəldi.

