Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 19 milyard 916,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 18,5 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, 9 ayda qaz nəqlinin 37,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 7 milyard 412,8 milyon kubmetr təbii qaz ixrac edilib.