Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

Oktyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,95% – 26 770,20 bəndədək, S&P 500 0,39% – 2 986,20 bəndədək, Nasdaq isə 0,83% – 8 089,54 bəndədək enib.

Avropa fond bazarlarında oktyabrın 18-də FTSE 100 indeksi 0,44% – 7 150,57 bəndədək, Almaniya DAX-ı 0,17% – 12 633,60 bəndədək, Fransa CAC-40 isə 0,65% – 5 636,25 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,17% azalaraq 1 498,1 dollara bərabər olub.

 
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,39% artaraq 1,117 dollar təşkil edib.