İngiltərə Premyer Liqası: “Lester Siti” böyük hesabla “Southempton”u məğlub edib

Oktyabrın 25-də İngiltərə Premyer Liqasının 10-cu turunun səfər matçında “Lester Siti” 9:0 hesabı ilə “Sauthempton”u məğlub edib.

Bu qələbədən sonra xalların sayını 20-yə çatdıran “Lester Siti” turnir cədvəlində ikinci yerə yüksəlib. “Southempton” isə 8 xalla 18-ci yerdə qərarlaşıb.

Turun digər oyunları oktyabrın 26-27-də keçiriləcək.