Venesuelanın Prezidenti Nikolas Maduronun Azərbaycana səfəri başa çatıb

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Azərbaycan Respublikasına səfəri oktyabrın 27-də başa çatıb.

 Prezident Nikolas Maduronu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və digər rəsmi şəxslər yola saldılar.