Mançester klublarının və "Liverpul"un kubokdakı rəqibləri müəyyənləşdi

İngiltərə liqa kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Növbəti mərhələdə aşağıda qeyd olunan komandalar üz-üzə gələcək.

 
"Oksford Yunayted" – "Mançester Siti"
"Mançester Yunayted" – "Kolçester Yunayted"
"Aston Villa" – "Liverpul"
"Everton" – "Lester"


Qeyd edək ki, turnirin son qalibi "Mançester Siti"dir.

Əlavə edək ki, 1/4 finalın görüşlərinin dekabrın 16-dan sonra keçirilməsi planlaşdırılır.