Xəzərdə dalğaların hündürlüyü 4 metrə enib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  fatiki hava barədə məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında  şimal-qərb küləyi 17 m/s- dək mülayimləşib. 

Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü  4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi,  7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.


Noyabrın 4-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi  5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.