Faktıki hava açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 17 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü 4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, 7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Noyabrın 04-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi 5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.