Bakı metrosunda intervalda 5 dəqiqə ləngimə müşahidə edilib

Bakı metropolitenində Həzi Aslanovdan İçərişəhər metrostansiyası xəttində hərəkət edən qatarın qapısında texniki problem yaranıb.


Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, yaranan problem maşinist tərəfindən aradan qaldırılıb, qatar marşrutu üzrə hərəkətini davam etdirib. 

Yaranmış nasazlıqla əlaqədar intervalda 5 dəqiqəyə qədər ləngimə müşahidə edilib.