Vergi orqanlarında könüllü fəaliyyətlə əlaqədar təlimlərə başlanılıb

Vergilər Nazirliyinin Tədris Mərkəzində 41 nəfər könüllünün iştirakı ilə təlimlər təşkil olunub.

Nazirliyin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, təlimlər “Vergilər Nazirliyinin fəaliyyətinin əsasları (Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə). Dövlət vergi orqanları, onların hüquq və vəzifələri”, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri. Daxili xidməti intizam və məsuliyyət məsələləri”, “Vergi orqanlarında məlumat təhlükəsizliyi”, “Könüllü fəaliyyətin məqsədi və motivasiya” mövzuları üzrə keçirilir.

Təlimlərin son günündə könüllülər üçün imtahanın keçirilməsi nəzərdə tutulub.

Təlimlər noyabrın 22-dək davam edəcək.