İlon Maskın “Starship Mk1” kosmik gəmisinin prototipi partlayıb

Məşhur milyarder İlon Maskın SpaceX şirkətinə məxsus olan “Starship Mk1” kosmik gəmisinin birinci ən böyük prototipi ABŞ-ın Texas ştatındakı Boka-Çika rayonunda keçirilən sınaq zamanı partlayıb.

İinsident kosmik gəminin yanacaq baklarının metan və kriogen maddəli oksigenlə maksimal doldurulduğu vaxt baş verib. Şirkətin nümayəndəsi bildirib ki, sınaqların məqsədinin kosmik gəminin sistemlərində təzyiqin artırılması olduğundan, bu nəticə onlar üçün gözlənilməz olub. Qeyd olunub ki, SpaceX şirkəti bu qəzadan sonra “Starship Mk1” kosmik gəmisinin prototipini təmir etməyəcək və daha mükəmməl “Mk3” versiyasının hazırlanması ilə məşğul olacaq.

“Mk1” prototipi sentyabrın 29-da Texasda təqdim edilib. Uzunluğu 50 metr və diametri 9 metr olan kosmik gəmi poladdan hazırlanıb. Onun yükqaldırma qabiliyyəti 150 tondur. Təqdimat mərasimində çıxış edən İlon Mask bəyan etmişdi ki, onu yarım il ərzində kosmosa göndərməyi planlaşdırır. Avqustda isə “Starhopper” kosmik gəmisinin uğurlu sınağı keçirilib. Bu sınaq zamanı “Starship” gəmilərində istifadə olunacaq kosmik həll variantları yoxlanılıb.

“Starship” kosmik gəmiləri Marsa uçuş məqsədilə hazırlanır və onun göyərtəsi 100 nəfər üçün hesablanıb. İlon Maks bütün bu sərmayələrinin əsas məqsədinin Marsda koloniyalar yaratmaq olduğunu bildirir.