Makqreqorun 2020-ci ildə döyüşmək istədiyi idmançıların siyahısı 

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor 2020-ci ildə yeddi idmançıya qarşı döyüşməyə hazır olduğunu bəyan edib.

ESPN nəşri sosial şəbəkədə irlandiyalı döyüşçünün potensial rəqiblərinin infoqrafikasını dərc edib.

Onların arasında Həbib Nurməhəmmədov, Toni Ferqyuson, Neyt Dias, Nik Dias, Kolbi Kovinqton, Kamar Usman və Xorxe Masvidal var.

 
Konor həmin infoqrafikaya belə bir şərh əlavə edib:

“Mən bu siyahıdan istənilən birini tapdalayaram”.

Qeyd edək ki, Makqreqorun son döyüşü 2018-ci ilin oktyabrın 6-da Həbib Nurməhəmmədova qarşı olub.