AQTA qida zəhərlənmələri ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəhərlənmələri ilə bağlı son günlər yayılan xəbərlərə aydınlıq gətirib. Agentlik son günlər KİV-də yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

 
“Son günlər kütləvi informasiya vasitələrində heç bir ekspertiza rəyi olmadan qida zəhərlənmələri ilə bağlı məlumatlar yayılmaqdadır. Təbii ki, bütün bunlara səhətində problem yaranmış şəxslərdən alınmış ilkin məlumatların tələm-tələsik ictimailəşdirilməsi səbəb olur. Lakin laborator müayinələrin nəticəsində yayılmış ilkin məlumatların doğru olmadığı, əksər hallarda isə hadisənin ümumiyyətlə qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı aşkar olunur. Faktlara söykənməyən və bu kimi yarımçıq məlumatların yayılması məsələyə qeyri-peşəkar yanaşmanın göstəricisidir. 

İstənilən halda ekspertiza öz rəyini bildirmədən hansısa yarımçıq məlumatın media vasitəsi ilə yayılması yolverilməz və qərəzlidir”.