Milli Məclis deputatlarının xarici səfərləri ləğv edildi

Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub.

Report xəbər verir ki, buna səbəb parlamentin buraxılması ilə bağlı gözləntilərin böyük olmasıdır. 

 
ATƏT Parlament Assambleyasının sabah Slovakiyada keçirilməsi nəzərdə tutulan büro iclasında və ATƏT-in Nazirlər Şurasının iclasında da Azərbaycandan olan nümayəndə heyəti iştirak etməyəcək. Həmin iclasda Milli Məclisin iki deputatının iştirakı nəzərdə tutulurdu.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.