Prezident İlham Əliyev Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib

Prezident İlham Əliyev Vüqar Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.