Bu gün SAT imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilir.

Mərkəzdən verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).


SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegra