Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini Sahib Ələkbərov dekabrın 13-də Astara şəhərində yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində (Heydər Əliyev küçəsi, 34) Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 9-11-də Lənkəran şəhəri 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də nazirliyin "195-1" Çağrı mərkəzinə zəng etməklə və ya “[email protected]”  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.