"Qarabağ" "Düdelanj"a qarşı

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

Təmsilçimiz “Qarabağ” da qrupda, eləcə də turnirdə son oyununa çıxacaq.

Ağdam klubu Bakıda “Düdelanj”ı qəbul edəcək. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyacaq.

Lüksemburqdakı görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib "Qarabağ"  bu dəfə də üç xal qazanmaqla turniri qələbə ilə başa vurmağa çalışacaq.


A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən  APOEL və "Sevilya" Kiprdə qarşılaşacaq.

 

 

12 dekabr

 
UEFA Avropa Liqası

Qrup mərhələsi

6-cı tur

A qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu

21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya)