Təhsil Nazirliyi: Yaponiyada təqaüd proqramı elan olunub

Yaponiyada 2019-2020-ci tədris ili üzrə magistratura, doktorantura və ya tədqiqat səviyyələri üzrə təqaüd proqramı elan olunub.

Təhsil Nazirliyindən bildirilib ki, təqaüd proqramına sənəd qəbulu iyunun 10-dək həyata keçiriləcək. Namizədlər arasında ingilis və yapon dillərini bilənlərə üstünlük verilir.

Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar sənədlərini qeyd olunan tarixədək Yaponiyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.