Bolqarıstan Azərbaycanla əmək miqrasiyası müqaviləsini təsdiqlədi

Bolqarıstan Azərbaycanla əmək miqrasiyası müqaviləsini təsdiqləyib.

“Nova TV”nin xəbərinə görə, bu məqsədlə görüşdə əmək miqrasiyasının tənzimlənməsi barədə ikitərəfli müqavilə ilə bağlı layihələr təsdiq edilib.


Layihələrə görə, Azərbaycan vətəndaşlarının Bolqarıstanda yerli vətəndaşlar ilə eyni əmək hüququ və vəzifələrindən istifadə edəcəyi nəzərdə tutulur.

Layihələr azərbaycanlılar üçün iş hüququnun tənzimlənməsi ilə bağlı danışıqlar əsas olmaqla, Bolqarıstanda işsizliyin azaldılması şəraitində işçi qüvvəsinin ehtiyaclarını ödəməyə bir vasitə olacaq.

Qeyd edək ki, Bolqarıstan eyni hüquqlu müqaviləni Qırğızıstan və Özbəkistanla da bağlayıb.