Karlo Ançelotti Liverpul klubuna baş məşqçi təyin olundu - RƏSMİ

Bir neçə gün öncə “Napoli”dən ayrılan Karlo Ançelottinin yeni iş yeri müəyyənləşib.

İtaliyalı mütəxəssis karyerasını İngiltərədə davam etdirəcək. 

 
60 yaşlı çalışdırıcı “Everton”un baş məşqçisi təyin olunub. Təcrübəli məşqçi ilə 2024-cü ilin yayına qədər müddəti əhatə edən 4,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Karlo Ançelotti bundan əvvəl də Premyer Liqada işləyib. O, 2009-2011-ci illərdə “Çelsi”ni çalışdırıb.