Gürcüstan XİN Elmar Məmmədyarovla David Zalkalianinin ikitərəfli görüşü haqda açıqlama yayıb

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla onun gürcü həmkarı David Zalkalianinin ikitərəfli görüşü barədə açıqlama yayıb.

Nazirliyin internet saytında yerləşdirilən açıqlamada bildirilir ki, görüşdə Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın növbəti iclasının keçirilməsinin zəruriliyi müzakirə edilib.


Keşikçidağ məbəd kompleksi ətrafında mövcud hərəkət praktikasının qorunmasının vacibliyi vurğulanıb.
Məlumatda deyilir ki, nazirlər hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini də qeyd ediblər.

Görüş zamanı regionda mövcud konfliktlərlə bağlı vəziyyəti, həmçinin ölkələr arasında strateji tərəfdaşlıq əlaqələri, siyasi, iqtisadi və humanitar sahələri əhatə edən məsələləri müzakirə ediblər.apa