Təhsil naziri məktəblilərin bayram tətili günlərini açıqladı

Ümumtəhsil müəssisələrində tədris hökumətin qərarına əsasən təşkil olunacaq. 

Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bildirib. 

Onun sözlərinə görə, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən Yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib:


“Yanvarın 6-sı da daxil olmaqla ölkədə qeyri-iş günləri olacaq”. 

Nazir qeyd edib ki, ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq.