"Yer və İnsan" jurnalının kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edir!!!


"Yer və İnsan" jurnalının kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni nailiyyətlər, cansağlığı arzu edir.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan günü-gündən inkişaf edir, problemlər keçmişdə qalır. Sənayedə, kənd təsərrüfatında inkişaf göz qabağındadır. Sizin qətiyyətli göstərişləriniz nəticəsində xalqımızın sosial problemləri köklü şəkildə öz həllini tapır. Respublikamız artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ciddi tərəfdaşa çevirilib. Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi məhz Sizin sayənizdə Azərbaycan Respublikası dünyada söz sahibinə çevirilib.

Cənab Prezident, biz inanırıq ki, məhz Sizin rəhbərliyinizlə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, işğal olunmuş tarixi torpaqlarımız işğaldan azad olunacaq, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Cənab Prezident, biz Sizinlə həmrəyik və Sizə bir daha uğurlar arzulayırıq!!!